Kosmonavtlar aylar sonra Yerə qayıdıblar - VİDEO

Kosmonavtlar 6 aylıq missiyalarından sonra Beynəlxalq Kosmik Stansiyadan (ISS) dünyaya qayıdıblar.
Redaktor.az xəbər verir ki, Michael Hopkins, Victor Glover, Shannon Walker və Yaponiyanın kosmik agentliyindən olan Soichi Noguchi adlı kosmonavtlar "SpaceX"in "Dragon Resilience" kapsulası ilə Florida sahilləri yaxınlığındakı Meksika Körfəzinə eniblər.
6.5 saatlıq səyahətdə suya enən kapsuladan ilk olaraq NASA kosmonavtı Michael Hopkins çıxıb.
Qeyd edək ki, NASA bu anları "YouTube" kanalında canlı olaraq görüntüləyib.
Görüntüləri təqdim edirik:
Xədicə Ağayeva / Redaktor.az