Kiyevdə qadın metroda uşaq dünyaya gətirib - VİDEO

 02:15 14.05.2021     389

Ukraynanın paytaxtı Kiyevdə qadın metroda uşaq dünyaya gətirib.

Redaktor.az-ın məlumatına görə, stansiyada növbə çəkən polislər kiminsə kömək istədiyini eşidiblər. Səs gələn tərəfə gedən asayiş keşikçiləri yerə uzanmış qadın və qucağında körpə olduğunu görüblər. Onlar qadına dərhal su, gigiyena vasitələri veriblər və həkim çağırıblar.

Hazırda xəstəxanada olan qadının və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən