Kişini intihardan xilas etmək istəyərkən uşağı xəstəxanalıq etdi - VİDEO

 02:20 15.05.2021     421

Rusiyanın Moskva vilayətində qəribə hadisə baş verib. Belə ki, çağırışa yollanan xilasetmə maşını uşağı vurub.

Redaktor.az bildirir ki, qəza-xilasetmə xidməti Balaşixa şəhərində özünü eyvandan atmaq istəyən kişi ilə əlaqədar çağırışa yollanıb. “QAZel” sürücüsü tələsdiyindən idarəetməni itirib və yolun kənarında dayanan qızı vurub.

Uşaq xəstəxanaya yerləşdirilib, canına qəsd etmək istəyən kişi isə xilas edilib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən