Ekranda kuryoz texniki nasazlıq aparıcını qəhqəhələrə boğub - VİDEO

 07:25 17.05.2021     604

ABŞ-ın “Fox 9” telekanalında baş verən texniki nasazlıq hava proqnozunun aparıcısı Cennifer Mak Dermedi qəhqələrə boğub.

Redaktor.az xəbər verir ki, bununla bağlı görüntüləri “Daily Mail” yayımlayıb.

Kadrlardan görünür ki, canlı yayım zamanı qadının çoxsaylı “klonları” yaranır.

“Ooo… bu, əladır! Amma nə baş verir? Həqiqətən nə baş verdiyini anlamıram”, - deyə aparıcı hadisəyə ilk şərhini verir. Bundan sonra isə o bərkdən gülməyə və yeni stop kadrlar üçün müəyyən hərəkətlər etməyə başlayır.

Texniki nasazlıq tezliklə aradan qaldırılsa da, Mak Demed verilişin sonuna qədər gülməyini saxlaya bilməyib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən