Osmanlının ilk kibrit fabriki satılır - ŞOK QİYMƏT / FOTO

 19:11 18.05.2021     615

Osmanlının ilk kibrit fabriki 70 milyon lirəyə satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, fabrik XIX əsrdə II Əbdülhəmidin dövründə İstanbulun "Küçükçekmece" rayonunda Fransızlar tərəfindən inşa edilib. Binada 1900-cü illərin əvvəllərinə qədər Osmanlının kibrit ehtiyacı qarşılanıb.

Uzun illərdir boş qalan və baxımsızlıqdan bəzi divarları yıxılan fabrikin dəmir konstruksiya skeletinin sağlam qaldığı bildirilib.

Tarixi fabrik indi yeni sahibini gözləyir. 

Qeyd edək ki, mütəxəssislər fabrikin orijinal formasının qorunub-saxlanması lazım olduğunu söyləyiblər. 

Xədicə Ağayeva / Redaktor.az

 

2222
Vumart və Güvən reklamı Vumart Güvən