Çin Marsın tədqiqinə başlayıb
Çinin “Zhuzhong” roveri eniş platformasından çıxaraq Mars planetinin tədqiqinə başlayıb.
Redaktor.az bildirir ki, bu barədə Çinin Milli Kosmik Administrasiyası məlumat verib
Cihaz planetin səthinin maddi tərkibi haqqında məlumatı, onun yeraltı strukturu və maqnit sahəsini müəyyənləşdirəcək, həmçinin ətraf meteoroloji vəziyyəti müşahidə edəcək.
Qeyd edək ki, mayın 15-də Marsın araşdırılması üçün Çinin “Tianwen-1” zondu planetin səthinə uğurlu eniş edib. //Oxu.az












