Dünyanın ən bahalı sendviçi bu qiymətə satılacaq

 03:17 26.05.2021     368

Amerikanın Kaliforniya ştatında yerləşən "Disneyland" əyləncə parkındakı restoranların birində dünyanın ən bahalı sendviçi satışa çıxarılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Business İnsider" nəşri məlumat yayıb.

Tərkibi vetçina, kolbasa, qurudulmuş pomidor, pendir və marinara sousundan ibarət olan sendviçin qiyməti isə 99,9 dollar (təxminən 170 manat) olacaq.

Sözügedən fəst-fud 6-8 nəfər üçün nəzərdə tutulub. Sendviç üçün bir nəfərin payına düşən məbləğ isə 14,49 dollar olacaq. //Axşam.az  

Vumart və Güvən reklamı Vumart Güvən