Bu yay dəhşətli istilər olacaq

 11:29 27.05.2021     841

BMT Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın beş ildə rekord isti ​​gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios” məlumat yayıb. 

Təşkilatın xəbərinə görə, 2021-2025-ci illər arasında azı bir ilin "ən isti” olmaq şansı 90%-dir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.

ÜMT baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir. //Azxeber.com