Azərbaycanlı falçı: "Bu məşhurlar tezliklə öləcək..." - YENİ SİYAHI

 10:47 31.05.2021     1611

Son bir neçə ay ərzində Azərbaycanda bir neçə məşhur şəxs vəfat etdi. 

Redaktor.az xəbər verir ki, onların sırasında Xalq artisti Yalçın Rzazadə, kinorejissor Eldar Quliyev, Əməkdar artist Baloğlan Əşrəfov, gənclər və idman naziri Azad Rəhimov, müğənni Aslan Hüseynov, Xalq şairi Fikrət Qoca, Xalq artisti Arif Quliyev, Əməkdar artist Zöhrə Abdullayeva kimi məşhurların adını sadalamaq olar. 

Bir müddət öncə isə sosial şəbəkədə özünü falçı kimi təqdim edən, “falçımaqa” adı ilə fəaliyyət göstərən şəxs daha bir neçə sənətçinin bu il vəfat edəcəyi barədə məlumat yayıb. Falçı iddia edir ki, bu şəxslər Xalq artisti Ramiz Əzizbəyli, Xalq şairi Nəriman Həsənzadədir. 

2