Azərbaycanda qız ögey atası ilə evlənib - VİDEO

"ARB" telekanalında yayımlanan “Elgizlə izlə” proqramına qatılan Nailə adlı qadın qardaşının onu evdən atdığını iddia ediB.
Redaktor.az-ın məlumatına görə, kömək istəyən qadın bildirib ki, qardaşı onu ata mülkündən rəsmi şəkildə imtina etməyə məcbur edib.
İddialara cavab vermək üçün canlı yayıma qatılan Akifin (Qadının qardaşı - red) açıqlamaları hamını şoka salıb.
O bildirib ki, bacısını evdən atmağa keçərli səbəbləri var. Nailə 3 dəfə ailə həyatı qurub, üçüncü həyat yoldaşı onunla bərabər bacısının qızına da ərlik edir:
“Onunla bir müddət yaşadıqdan sonra kişi qızı ilə əlaqəyə girməyə başladı. Həm onun, həm də qızının əri idi. Sonradan əri və qızı Nailəni evdən atdılar”.
Daha ətraflı videodan izləyin: