CAR-da qadın bir dəfəyə 10 uşaq dünyaya gətirib

 03:00 09.06.2021     254

Cənubi Afrika Respublikasının (CAR) Qautenq vilayətində qadın bir doğuşda 10 körpə dünyaya gətirib.

Redaktor.az xəbər verir ki, 37 yaşlı Qosiame Tamara Sitole bununla Ginnesin Rekordlar Kitabına düşüb.

Onun dünyaya gətirdiyi uşaqların yeddisi oğlan, üçü qızdır. Ananın və uşaqların vəziyyətinin yaxşı olduğu bildirilir.

Qadının altı yaşında əli qızları da var. //Qafqazinfo