Rusiyada ən gözəl qadın polis seçilir - FOTO

Rusiyada qadın polislər arasında keçirilən gözəllik müsabiqəsində qələbə uğrunda mübarizə aparan 12 namizədin siyahısı açıqlanıb.
Redaktor.az məlumat verir ki, final mərhələsinə vəsiqə qazanan 12 qadın polis 7-11 iyunda veriləcək səslərlə qələbə qazanmağa çalışacaqlar.
Qeyd edək ki, 2019-cu ildə Rusiya prezidenti Vladimir Putinin milli mühafizə orqanının əməkdaşı olan 32 yaşlı Anna Xramtsova yarışda qələbə qazanıb.
O, bəzi fotolarına görə sonradan hüququ-mühafizə orqanlarından kənarlaşdırılıb.
Orxan İsmayılov / Redaktor.az


