Çində 29 saata 10 mərtəbəli bina tikdilər - VİDEO

 04:02 20.06.2021     389

Çinin tikinti şirkətlərindən biri 28 saat 45 dəqiqəyə on mərtəbəli bina tikib.

Redaktor.az xəbər verir ki, şirkət prosesi əks etdirən videoçarx da hazırlayıb.

Bina "Living Building" yığma konstruksiyalar sistemindən istifadə edilməklə inşa edilib.

Modul paslanmayan polad konstruksiyalardan ibarətdir. Şirkət binanı tikmək üçün kiçik inşaat briqadasından və üç krandan istifadə edib. //Qafqazinfo.az