Ceff Bezosun iş həyatındakı uğurunun sirri

 21:43 03.07.2021     392

Önümüzdəki günlərdə "Amazon"un baş direktoru vəzifəsindən ayrılmağa hazırlaşan Ceff Bezos qazandığı uğurlarla daim diqqətləri öz üzərində saxlamağı bacarıb. Bəs bu uğurun sirri nədir?

Redaktor.az xəbər verir ki, "İnsider" bu günə qədər Bezosun iş həyatında uğur qazanmaq üçün tövsiyə etdiyi təklifləri nəzərdən keçirərək ən vaciblərini sıralayıb.

Dünyanın ən varlı iş adamlarından olan Bezosa görə, işlə həyat arasında bir tarazlıq axtarılmamalıdır. Onları bir bütün kimi görmək lazımdır.

İşlə bağlı düşüncələrinizdə risk mütləq yer almalıdır. Uğursuzluğun belə çox vacib olduğunu düşünən Bezosa görə, ideyada heç bir risk yoxdursa, deməli bu artıq kimlərsə tərəfindən təcrübədən keçib. Uğursuzluq hər zaman daha yaxşısını əldə etmək üçün vacibdir. Risk almaq və uğursuzluqla qarşılaşmaq gələcəkdə əldə ediləcək müvəffəqiyyətlərin açarıdır.

Bezos rəqibləri deyil, müştəriləri məmnun etməyə çalışmaq lazım olduğunu bildirir. Ona görə rəqiblərdən çox onlardan çəkinmək lazımdır. Çünki sizin qazanacağınız gəlir rəqimlərinizin deyil, məhz müştərilərinizin əlindədir.

"Dünya səni standartlaşdırmağa çalışır" deyən Bezos, buna imkan verməməli olduğunuzu vurğulayır. İstehlak etdiyinizdən daha çoxunu yaradın, özünüz olmağa çalışın, o zaman mütləq işlərinizdə müvəffəqiyyət əldə edəcəksiniz. //Axşam.az.