İnsanların xilası üçün tarakan-robotlar hazırlanıb

 10:01 06.07.2021     317

Kaliforniyanın Berkli Universitetinin mühəndisləri böcək ölçüsündə robot hazırlayıblar.

Redaktor.az xəbər verir ki, robot bir hepart qədər çevikliyi ilə labirintlərdə hərəkət edə və ən çətin yerlərə nüfuz edə bilir.

Tərtibatçılar müəyyən ediblər ki, həşəratlar divarlara qalxmaq və tavanda gəzmək qabiliyyətini pəncələrindəki xüsusi yapışqan yastıqların köməyi ilə edirlər. Tarakan-robot hazırlanarkən də məhz bu elektrostatik yapışma prinsipindən istifadə olunub.

Həmçinin sadə dizaynı sayəsində robotu 120 kiloqramlıq adam tapdalasa da, ona zərər dəymir.

Bu robotlar əsasən axtarış-xilasetmə əməliyyatları və ya potensial qaz sızıntısını aşkar etmək üçün nəzərdə tutulub. //Oxu.az.