Həmin gün Bakı bombalanmalı imiş... - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI / FOTO

 12:06 08.07.2021     746

1939-1940-cı illərdə İngiltərə və Fransa SSRİ-yə birgə zərbə vurmağı planlaşdırıblar. Məqsəd Bakının neft yataqlarını məhv etmək olub.

Redaktor.az rus mediasına istinadən xəbər verir ki, bu məlumatlar Moskvada ilk dəfə "Böyük Vətən müharibəsi ərəfəsində1 sentyabr 1939 – 22 iyun 1941" sərgisində təqdim olunan arxiv sənədlərinin nümayişi zamanı ortaya çıxıb.

Sözügedən sənədlərdə İngiltərə və Fransanın 1939-cu ilin avqust ayında SSRİ-Almaniya təcavüz paktı ("Molotov-Ribbentrop Paktı") imzalansı, həmçinin SSRİ-nin Almaniyaya isti münasibətidən qorxaraq Sovet İttifaqına qarşı hərbi əməliyyatlar planlamağa başladığı yer alıb. Plana əsasən, tərəflər Bakıda neft sahələrini, eləcə də Qara dənizdəki Tuapse və Batumidəki SSRİ limanlarını bombalamalı idi. Sovet neft istehsalı bölgələrə qarşı təklif edilən əməliyyat "Pike" ("Nizə") adlanıb.

Amma vəziyyət gözləniləndən fərqli istiqamətə doğru dəyişib.1940-cı il martın sonunda İngiltərə-Fransa Ali Hərbi Şurası Zaqafqaziyaya hücum planlaşdırmaq ilə bağlı qərar veriblər. Bir ay sonra İngiltərənin Baş naziri Neville Çemberlen elan edib ki, SSRİ Almaniyaya qarşı siyasi kursunu dəyişdirib. Bununla da "Pike" əməliyyatı ləğv edilib.

Qeyd edək ki, Moskvada Federal Arxivlərin sərgi salonunda təşkil edilən sərgidə Rusiya Federal arxivlərindən, Belarusiya dövlət arxivlərindən, habelə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin departament arxivlərində saxlanılan çoxsaylı tarixi sənədləri nümayiş etdirilib. Ekspozisiyada bir çoxu ilk dəfə elmi dövriyyəyə buraxılan 300-dən çox tarixi mənbə var. Layihə Prezident Qrant Fondunun dəstəyi ilə həyata keçirilib. //Metbuat.az

222