Belə ailələrin övladları xoşbəxt böyüyür

 16:04 10.07.2021     438

Araşdırmalara görə, uşaqlara sərbəstlik verən anaların övladları daha istedadlı olur, nəinki hər işi onun əvəzinə yerinə yetirən və ona hər şeyin ən yaxşısını verməyə çalışan anaların uşaqları.

Redaktor.az uşaqların daha xoşbəxt və özünə inamlı olması üçün vacib məqamları təqdim edir:

1. Fiziki müstəqillik

İstər ilk addımı, istər yemək, istər tualet, istər mağazada oyuncaq seçimi, istərsə də hovuza tullanmaq və s. fəaliyyətlərə hazır uşağınızın olduğunu görəndə onu buraxın. 

2. Yetərli hərəkət

Yadda saxlayın ki, enerji yalnız enerjidən doğur. Hərəkətsizlik onu öldürür. Uşaqları tənbəlləşməyə qoymayın.

3. Sakit, qayğıkeş və etibarlı ailə mühiti

Bu, çox vacibdir. Əgər evdə vəziyyət gərgindirsə, o zaman heç bir özgüvən və sərbəstlikdən söhbət gedə bilməz. Uşaq üçün ev - onun həmişə təmənnasız olaraq sevildiyi və gözlənildiyi yuvadır.

4. Süfrə arxasında ailəvi söhbətlər

Uşaqlar üçün bütün ailənin masa ətrafında toplanıb söhbət etməsindən qiymətli heç nə ola bilməz.

5. İcazənin dəqiq çərçivələri və birmənalı rəftar

Bu, nəinki uşaqların, hətta yetkin insanın da həyatını çox yüngülləşdirir. Qərarlarınızı əlcək kimi dəyişdirməyin: birmənalı olmayan sözlərdən istifadə etməyin və ailədaxilində ikili qərarlar tətbiq etməyin. //Sherg.az.