Yaponiya uçan avtomobillərdən bu məqsədlə istifadə edəcək

 11:16 11.07.2021     486

Yaponiyanın nəhəng “Japan Airlines” (JAL) şirkəti 2025-ci ildən başlayaraq uçan avtomobillərdən kommersiya məqsədilə istifadəni planlaşdırır.

Redaktor.az xəbər verir ki, ilkin olaraq Mie prefekturasında aeroportla turizm obyektləri arasında hərəkət edəcək sərnişinlərə bu xidmət növü təklif ediləcək. Nəşrin yazdığına görə, ölkənin ikinci nəhəng aviadaşıyıcısı olan “All Nippon Airways” (ANA) şirkəti də 2025-ci ildən bu cür xidmətin təşkilini planlaşdırır. //Axar.az.