Hüseyn Həsənov Bakıda tələbəyə bahalı hədiyyə verdi - VİDEO

 15:02 13.07.2021     626

Bir müddət əvvəl məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.

Redaktor.az xəbər verir ki, hazırda paytaxtın qonağı olan bloger maraqlı addım atıb. Hüseyn təsadüfən qarşısına çıxan universitet tələbələrindən birinə sürpriz edib.

Bloger ondan ilhamlandığını və onu özünə örnək bildiyini deyən gəncə “Iphone 12” markalı telefon hədiyyə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıya gələn Hüseyn izdihamla qarşılanıb. Hər kəs onunla şəkil çəkdirmək üçün bir-biri ilə yarışıb.

Bloger şəhərdə AA nömrəli maşınla gəzintiyə də çıxıb. //BAKU.WS