Mark Tvenin malikanəsi 4.2 milyona satılır

 01:33 14.07.2021     684

Məşhur yazıçı Mark Tvenin malikanəsi satışa qoyulub.

Redaktor.az xəbər verir ki, villa "Sothebys"də 4.2 milyon dollara satışa çıxarılıb.

Mərhum yazıçının 1910-cu ilədək (ölümünə qədər) yaşadığı malikanə Reddinq şəhərində yerləşir. Toskana üslubunda olan evdə 4 yataq otağı, 3 kamin, 3 qaraj və böyük bir hovuz var.

Ev 1923-cü ildə çıxan yanğında ziyan görüb. Malikanə 1925-ci ildə eyni təməl üzərində orijinal terasları, daş divarları, sütunları və bağçası qorunaraq yenidən bərpa edilib. //Axşam.az.