Fəxriyyə Xələfovadan dəbli görünməyin 7 qızıl qaydası - VİDEO

 00:54 05.08.2021     1016

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova dəb haqqında maraqlı açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, “Səhər mərkəzi” verilişinə qonaq olan modelyer son zamanlar ən çox istifafə olunan geyim tərzlərindən bəhs edib.

F.Xələfova hazırda bir çox insanların “Street style”a üstünlük verdiyini bildirib. Modelyer onu da qeyd edib ki, hər kəs öz tərzinə uyğun geyim ansamblını yarada bilər, bunun üçün 7 qızıl qaydaya əməl etmək lazımdır:

“Hər bir insan stilistik istiqamətləri araşdırıb özü üçün maraqlı geyim bazası yarada bilər. Bunlara “Look”lar deyilir. Hər bir şəxs sosial media hesabında öz-özlüyündə ulduzdur. Orada onun müəyyən ətrafı var. Buna görə də hər kəs istəyir ki, oradakı auditoriyası üçün dəbli, tərzli, maraqlı görünsün. Hazırda yay mövsümüdür. İstifadəçilər müraciət edirlər ki, “Biz hansı tərzli geyimlər geyinək?” Burada əsas nüans balansın qorunmasıdır. Bunun üçün əsas 7 qayda var:

Əvvəl “Instagram”da müəyyən qlamur geyimlər səhifəsini tapıb “Screenshoot” edirik, daha sonra internet üzərindən sifariş edirik ya da mağazalara gedərək əldə edirik. Bu qədər geyim müxtəlifliyinin içərisində biz artıq bilirik ki, nə axtarırıq. Onu tapdıqda geyinirik. Güzgünün qabağında fotosunu çəkirik. Yaxın dostlarımıza göndərib soruşuruq ki, “Bu, mənə yaraşır, ya yox”. Sonra onların rəyini öyrənirik, beləliklə, seçiminizi edirsiniz və geyinib istədiyiniz yerə gedə bilərsiniz". //Baku.ws