Dünyanın ən kiçik körpəsi evə buraxıldı - FOTO

 03:09 11.08.2021     428

Dünyanın ən kiçik körpəsi hesab olunan Kvek Yu Xuan adlı qız 13 aylıq müalicədən sonra xəstəxanadan evə buraxılıb.

Redaktor.az xəbər verir ki,2020-ci il iyunun 9-da, hamiləliyin 25-ci həftəsində Sinqapurda dünyaya gələn körpə 212 qram ağırlığında və 24 sm uzunluğunda olub. Həkimlərin xüsusi nəzarətində saxlanılan körpənin hazırkı çəkisi isə 6,3 kiloqramdır.

Qeyd edək ki, həkimlər Kvekin və anası Vonq Mey Linin doğuşdan sonra yaşayacağına ümid etmirdilər.

Kvekdən əvvəl isə dünyanın ən kiçik körpəsi 2018-ci ildə Amerikada həyata göz açan və 245 qram çəkisi olan Saybi adlı qız hesab olunurdu. //Axşam.az

Vumart və Güvən reklamı Vumart Güvən