Əlli gündən çox yemək yeməyən pişik sağ qalıb

 02:31 03.09.2021     95

Niderlandda pişik 52 gün yeməksiz qalıb və bu səbəbdən kağız yemək məcburiyyətində olub.

Redaktor.az-ın məlumatına görə, arıqlamış pişik ölkənin cənub-qərbindəki Shidam şəhərində aşkar edilib. Heyvan iyulun əvvəlində ev sahibinin tərk etdiyi qapısı bağlı evdə qalıb. Yeni sahiblər alana qədər ev baxımsız olub.

Baytarlıq təcili yardım heyəti pişiyi heyvan sığınacağına aparıb. Analizlərin cavabına görə məlum olub ki, pişik kağızla qidalanıb.

Onun susuzluğunu sızan krandan içdiyi suyun yatırdığı ehtimal olunur.

Hal-hazırda Finn ləqəbi alan pişik yaxşılaşır, amma yenə də insanlardan uzaq durur və ehtiyatlı davranır.

Evin əvvəlki sahibi isə polis tərfindən axtarılır. //Oxu.az