Yatmazdan əvvəl bunları edin

 01:20 05.09.2021     132

Yatmazdan öncə bəzi qulluq üsullarından istifadə edərək günə daha inamlı başlamaq mümkündür.

Redaktor.az xəbər verir ki, cilddəki bəzi problemlər gün ərzində narahatlıq yaratmaqla yanaşı özünə olan inamın da sarsılmasına səbəb olur. Xüsusən xanımlar dərilərinin hamar və gözəl görünməsini istəyir.

Ev şəraitində aşağıdakıları edərək daha güclü dırnaqlara və gözəl dəriyə sahib ola bilərsiniz.

1. Bir neçə damla lavanda yağını kokos yağı və balla qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışım dırnaqlarınızı daha möhkəm edərək qırılmasının qarşısını alacaq. Bu prosedura dırnaqlarınızdakı boyanı sildikdən sonra tətbiq edərək gecə boyunca nüfuz etməsinə imkan verin.

2. Burun və ya çənə bölgəsindəki qara nöqtələrdən qısa müddətdə xilas olmaq üçün bu maskanı ​​hazırlayın.

1 çay qaşığı isti su, 1 xörək qaşığı un və 1 çay qaşığı balı qaba əlavə edib qarışdırın. Pambıq və ya parça bezlə problemli bölgəyə çəkin. 10-15 dəqiqədən sonra durulayın.

2. Çiy kartofdan hazırlanan kompreslə qoltuqaltındakı ləkələrdən qurtulmaq mümkündür. Kartofu kəsib, təxminən yarım saat qoltuq altında saxlayıb durulayın.