Türkiyədə 2450 illik mətbəx aşkarlandı

 09:31 06.09.2021     428

Türkiyənin Amasya vilayətində assuriyalılara aid edilən sarayın mətbəx bölümünün qalıqları aşkar olunub.

Redaktor.az TRT-yə istinadla xəbər verir ki, təxminən 2450 il öncə inşa edilən sarayın giriş hissəsinin hələ 2012-ci ildə üzə çıxarıldığı qeyd edilib. Yeni tapılan mətbəxdə isə qoyun, keçi və müxtəlif quş növlərinə aid heyvanların sümüklərinə rast gəlinib.

Arxeoloji qazıntıların ilin sonunadək davam etdiriləcəyi bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən