Mədəsindən telefon çıxdı - ŞOK HADİSƏ

 19:44 06.09.2021     100

Kosovada 33 yaşlı kişinin mədəsindən mobil telefon çıxıb.

Redaktor.az məlumat verir ki, bu qeyri-adi hadisə paytaxt Priştina şəhərində baş verib. Həkimlər "Nokia 3310" markalı mobil telefonu udmuş ​​bir kişini əməliyyat ediblər. Telefonun kişinin mədəsində dörd gün qaldığı bildirilir.

Əməliyyatı həyata keçirən həkim, xəstənin mədəsini kəsmədən telefonu endoskop adlanan xüsusi cihazlardan istifadə edərək üç ayrı hissəyə ayırıb. Əməliyyat təxminən 2 saat davam edib.

Məlumata görə, 33 yaşlı kişi telefonu udub. Daha sonra ağrıya dözə bilmədiyi üçün xəstəxanaya getmək qərarı verib. Telefonu udma səbəbi isə məlum deyil. Həkim bildirib ki, əgər xəstə vaxtında müraciət etməsəydi, batareya partlaya bilərdi və kişinin bağırsaqlarına kimyəvi maddələr buraxardı. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki,  kişinin udduğu telefonun ilk versiyası 21 il əvvəl çıxıb. Nokia, bütün dünyada 126 milyon ədəd telefon satıb.