Napoleonun baş geyimi hərraca çıxarılır

 08:55 16.09.2021     979

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır.

Bu barədə Redaktor.az TASS-a istinad edir 

Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub.

Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatoruna məxsus, təxminən, 1 000 əntiq əşya satışda olacaq.

Mütəxəssislər bildiriblər ki, baş geyimi onun indiki sahibinə azı 600 min avro gəlir qazandıracaq.

Vumart və Güvən reklamı Vumart Güvən