İsveçrədə kəsilən saçlardan keçə hazırlanır – VİDEO

İsveçrədə kəsilən saçlar yandırılmaq əvəzinə emal edilir.
Redaktor.az xəbər verir ki, ölkə miqyasında bərbərxanalarda kəsilən saçlar toplanılır və onlardan keçə tipli materiallar hazırlanır.
Layihə saça qulluq vasitələri istehsal edən bir şirkətin dəstəyilə həyata keçirilir.
Kəsilmiş saçlardan hazırlanan məhsullardan yağəmici vasitə kimi müxtəlif sahələrdə istifadə olunur. //Oxu.az