Havalar niyə kəskin soyuyub? - Ekoloq: "Meteoroloji silahlardan istifadə olunur"

 16:17 08.10.2021     903

Bir neçə gündür ki, ölkədə faktiki olaraq qış havası müşahidə olunur. Ümumiyyətlə, son illər mövsümlərarası keçid demək olar ki, yoxdur. Yaydan birbaşa qışa, qışdan yaya keçirik. Bəs görəsən bunun səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekoloq Telman Zeynalov iqlim dəyişikliyini dövlətlər arasındakı istisadi mübarizələrlə əlaqələndirib.

"Yay fəslində anti-siklon var idi. Bu iki ay yarım davam etdi və bu müddət ərzində temperatur 35-40 dərəcədən aşağı düşmədi. Bu da quraqlığa səbəb oldu. Anti-siklonlar zamanı buludsuz günəşli havalar müşahidə olunur. İndi isə Şimal Buzlu Okenaından siklon gəlib keçir. Bu da iki həftəyə yaxındır davam edir. Nəticədə havalar birdən birə kəskin şəkildə soyuyub" - deyən ekspertin sözlərinə görə, əvvəllər elə hal demək olar ki, müşahidə edilməyib:

"Burada əsas məqam metereoloji və geo-termal silahlardan istifadədir. Bu silahlar müxtəlif üsullarla soyuq havanın qarşısını kəsir. Əksər ölkələrdə bilərəkdən quraqlıq törədilir. Bu gün ABŞ-ın 30 faiz əraizisi quraqlıqdan əziyyət çəkir. Qlobal istiləşmə çirkin bir oyundur. Getdikcə soyuma prosesi daha da güclənir. Mövsümlər arası sərt keçidlər bunun nəticəsidir. Əvvəllər havalar tədricən soyuyardı. Belə hal demək olar ki, müşahidə edilməyib. BMT-nin iqlim dəyişikliyi ilə bağlı 28 müqaviləsi var. O müqavilələrdə meteoroloji silahlardan istifadəyə qadağa qoyulub. Əsas məsələ dövlətlərin bir birini iqtisadi cəhətdən zəiflətmək niyyətidir. Bunun üçün müxtəlif üsullara əl atmaqdan çəkinmirlər. Bunlardan biri də qlobal iqlim dəyişikliyidir".

Şəbnəm Mehdizadə