Ronaldo sosial şəbəkədə rekord qırdı - FOTO

 20:29 29.10.2021     938

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, bu dəfə futbolçu sosial şəbəkələrdə fərqlənib.

Belə ki, onun ata olacağı ilə bağlı paylaşımı 27 milyondan çox bəyənmə toplayıb.

Bu, indiyədək idmançıların paylaşımları arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, öncəki rekord 22 milyon bəyənmə ilə Messinin PSJ formasında ailəsi ilə birgə fotosuna məxsusdur.

2