Londonda bu binalar Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO

 19:07 09.11.2021     310

Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.

London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi 01:00-a kimi davam edib.

2222222