Niyə yuxuda öldüyümüzü görən anda oyanırıq?

 02:00 16.11.2021     235

Bu suala "ölümü yaşamamaq, axirəti bilməmək" kimi səbəblər irəli sürənlər olsa da, bu sadəcə bir əfsanədir.

Redaktor.az xəbər verir ki, əsas səbəb olduqca sadədir, necə ki, yuxumuzda bir it arxamızdan qaçanda qısa müddətdə oyanırıq, ölüm anına yaxınlaşanda oyandığımız zaman da bu vəziyyətə bənzəyir.

Hər iki vəziyyət olduqca stresli olduğu üçün beynimiz bizi tez yuxudan oyadan yüksək miqdarda adrenalin buraxmağa başlayır.Bu cür yuxular daha çox yaddaqalan olur.Ancaq insanların çoxu yuxularının 95% -ni xatırlaya bilmir. REM yuxusu zamanı bədənimiz demək olar ki, iflic olur və əzələlərimiz işləmir.

İnsanlar arasında "qarabasma" kimi tanınan hadisə də bu müddət ərzində yaşanır. Bəzən gözlərimiz açılır və əzələlərimiz isə müvəqqəti iflic vəziyyətində olur. Yuxuda ölüm anında ifraz olunan adrenalin sayəsində əzələlərimiz də aktivləşir. Çünki eyni anda yuxuya gedə və adrenalin hiss edə bilmərik (e-saglam.az).