Şəhər səs-küyü insan sağlamlığına necə təsir edir?

 04:07 18.11.2021     252

Daim artan şəhər səs-küyü insan sağlamlığına mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin kommunal gigiyena kafedrasının müdiri Kirill Fridman xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanlar şəhərin səs-küyünün bədənə, tikililərə, körpülərə, abidələrə nə qədər təsir etdiyini bilmədən onlara alışırlar. Qəbul edilən göstəricilərin səviyyəsindəki dəyişikliklərə şəhər əhalisi nadir hallarda fikir verir. Eyni zamanda, səs-küy elektromaqnit və radiasiya emissiyaları ilə yanaşı ətraf mühiti çirkləndirən amillərdən biridir.

Ekspert qeyd edib ki, daim yüksək səs-küy səviyyəsi təkcə eşitmə orqanlarını təsir etmir. “Sinir sistemi vasitəsilə daimi səs-küyə məruz qalma nevrozlara, psixi vəziyyətin gərginləşməsinə səbəb olur”, - həkim səs-küydən yaranan xəstəlikləri sadalayarkən bildirib.

O əlavə edib ki, bu, həm də ürək-damar xəstəliklərinə, hipertoniyaya və hətta miyokard infarktına səbəb ola bilər.

Səs-küyün əsas mənbəyi şəhər nəqliyyatıdır.

O, həkimlərin səs-küylü yerlərdən mümkün qədər uzaq durmaq tövsiyələrini xatırladıb. Ekspert həmçinin mənzillərdə səs izolyasiyası quraşdırılmasını məsləhət görüb (oxu.az).