İtlər öz sahiblərinə videozəng edəcək

 02:31 19.11.2021     208

Şotlandiyanın Qlazqo universitetində itlər üçün xüsusi telefon hazırlanıb.

Redaktor.az xəbər verir ki, “DogPhone” adlanan cihaz vasitəsilə dördayaqlılar öz sahiblərinə videozəng edə biləcək.

Düzdür, bunun üçün internet rabitəsi lazım olacaq.

Qeyd edək ki, telefon sahibi işdə olarkən evdə tək qalan heyvanlar üçün yaradılıb.