Uzunömürlülüyün üç sirri AÇIQLANDI
Britaniyanın “Daily Express” qəzeti sağlam və uzun ömürü təmin edən üç başlıca element barədə yazı hazırlayıb.
Redaktor.az xəbər verir ki, jurnalistlər yaşam müddətini istehlak edilən şəkərin miqdarı, D vitamini və resveratrol adlı antioksidant ilə bağlayıblar.
Onların qənaətincə, hər zaman gümrah qalmaq istəyənlər qəbul etdikləri şəkərin həcmini minimuma endirməli, xüsusən də payız və qış aylarında əlavə D vitaminilə orqnizmi zənginləşdirməli, həmçinin qırmızı şərab kimi bir sıra qida məhsullarında olan resveratrol maddəsinin qəbuluna böyük önəm verməlidirlər.