Koronavirusun yayılmasının qarşısını 95 faiz alacaq saqqız hazırlandı

 01:00 26.11.2021     283

ABŞ alimləri koronavirusun yayılmasının qarşısını alacaq saqqız hazırlayıblar.

Redaktor.az xəbər verir ki, saqqızda koronavirus hissəciklərini tutan və tüpürcəkdəki virusun miqdarını məhdudlaşdıra bilən zülal var.

Tədqiqatçılar bildirirlər ki, yoluxmuş insanlar nəfəs alarkən və ya öskürərkən, söhbət edən zaman saqqız COVID-19-un ötürülməsi mane ola bilər.

Pensilvaniya Universitetinin tədqiqat qrupu nəticədə nümunələrdə virus yükünün 95 faiz azaldığını bildirib.

Qeyd edilir ki, saqqız ənənəvi saqqızlara bənzəyir, normal temperaturda illərlə saxlanıla bilir və çeynəmə ACE2 protein molekullarına zərər vermir (oxu.az).