Beyin toxuması 12 saat canlı qaldı - TİBBDƏ İLK

 21:52 01.12.2021     223

Bir qrup tədqiqatçı tibb dünyasında əsaslı tədqiqata imza atıb.

Redaktor.az xəbər verir ki, Kopenhagen Universitetindən Emma Lous və komandası xəstədən beyin toxumasının bir parçasını götürüb.

Komanda əvvəlcə 1 sm beyin toxumasını soyudub və onu oksigendə saxlayıb.

Beləliklə, hüceyrələr sağ qalıb. Tədqiqatçılar toxumanı onurğa mayesi ilə eyni tərkibli qarışığa qoyublar. Onlar insanın 1 sm beyin toxumasını 12 saat canlı saxlaya biliblər.