Yapon milyarder kosmosa uçdu
Yapon milyarder Yusaku Maezava kosmik səyahətə çıxıb.
Redaktor.az "Independent"ə istinadən xəbər verir ki, Maezava və köməkçisi Yozo Hirani Rusiya kosmik vasitəsi Soyuz MS-20 ilə kosmik səyahətə çıxıb.
Qeyd edək ki, bu səyahət Qazaxıstandakı Baykonur kosmik stansiyasından "Ruskosmos"un rəsmi saytında canlı yayımlanıb.
Sübhan Şərif












