NASA-da ilk türk astronavt

 23:50 08.12.2021     313

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) türk əsilli bir şəxsin 2021-ci il astronavt namizədi sinfində iştirak etmək hüququna malik olduğunu açıqlayıb.

Redaktor.az qQurumun rəsmi saytına istinadən xəbər verir ki,  ABŞ-ın Türkiyədəki İncirlik Hərbi Bazasında hərbçi ailəsində doğulan və ABŞ-da kimya və maşınqayırma sahəsində təhsil alan 36 yaşlı Dəniz Burnham  tibbi müayinələrdən və  qabiliyyət testlərindən uğurla keçərək 12 min nəfər arasından seçilən 10 namizəddən biri olmağı bacarıb.

Bazar ertəsi Hyustondakı NASA Johnson Kosmik Mərkəzində Ellinqton Sahəsində namizədlərin təqdim edildiyi tədbirdə çıxış edən Burnham anasından ilhamlandığını ifadə edərək, “Kiçik bir qız olanda anamın məktəbi, universiteti bitirməsinə baxırdım... Mən onun Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə təyinatını izlədim. O, mənə böyük xəyal qurmağı və bu yolla getdiyim zaman hər şeyə nail ola biləcəyimi öyrətdi. NASA astronavtı olmaq xəyalımdan əl çəkməməyim üçün məni ruhlandıran da bu oldu."

Burnhemin anası Şahver Burnham və atası Ed Burhamın ABŞ Hərbi Hava Qüvvələrindən polkovnik rütbəsi ilə təqaüdə çıxdıqları məlumdur.

Dəniz Burnhem dənizdə neft qazma əməliyyatlarında peşəkar rəhbərlik təcrübəsi sayəsində ABŞ Ordusunda leytenant rütbəsi ilə işə başlayıb.

Hazırda ABŞ Dəniz Sistemləri Komandanlığında (NAVSEA) çalışan Burnhemin NASA-da da təcrübə keçdiyi bildirilir. Bernhemin hobbi kimi aviasiya ilə maraqlandığı məlumdur.

Burnham NASA astronavt namizədi kimi ilk 2 illik təliminə 2022-ci ilin yanvarında başlayacaq.

İLTİFAT

2
Vumart və Güvən reklamı Vumart Güvən