Qadının qaraciyərindən uşaq dölü çıxdı

 23:58 17.12.2021     425

Tibb dünyası nadir hamiləlik hadisələrdən biri ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Kanadada səhhətində problem yaranan 33 yaşlı qadını müayinə edən həkimlər gördüklərinə inanan bilməyiblər.

Manitoba Universitetinin tədqiqat institutunda çalışan həkim Maykl Narvi özünün sosial şəbəkədəki hesabında bildirib ki, qadında dölün qaraciyərdə inkişaf etməyə başladığını aşkarlayıb.

"Mən düşünürdüm hər şeyi görmüşəm, daha heç nəyə təəccüblənmərəm" - deyən həkim, bu hadisəni öz təcrübəsində birinci hal adlandırıb.

Həkim onu da əlavə edib ki, ölmüş dölü qadının qara ciyərindən əməliyyat nəticəsində götürüb.

Vumart və Güvən reklamı Vumart Güvən