Vanqanın 2022-ci il üçün proqnozları açıqlandı

 23:59 26.12.2021     463

Görücü Vanqa 2022-ci ildə baş verəcək bir sıra hadisələri proqnozlaşdırıb.

Redaktor.az rosbalt.ru-ya istinadla xəbər verir ki, Vanqa uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirib.

Həmçinin o proqnozlaşdırıb ki, gələn il planetin bir çox sakinləri içməli su çatışmazlığından əziyyət çəkəcək, hindular isə anomal istilər səbəbindən aclıqla üzləşəcəklər.

Eyni zamanda, Vanqanın proqnozlarına görə, 2022-ci ildə dünya müharibəsi olmayacaq.