17 metrlikdə dəniz canlısının qalıqları aşkarlandı

Paleontoloqlar təkcə kəlləsinin uzunluğu iki metrə yaxın olan dəniz canlısının qalıqlarını aşkar ediblər.
Redaktor.az “İndependent”ə istinadən xəbər verir ki, təxminən 246 milyon il əvvəl Trias dövründə yaşamış nəhəng heyvanın bədəninin ümumi ölçüsü 17 metr civarındadır.
“Simbospondilus yonqorum” adlandırılan bu dəniz heyvanı əslində ixtiozavr növüdür.
Fosil ilk dəfə 1998-ci ildə ABŞ-ın Nevada ştatında dağlıq ərazidə aşkar edilib. Fosili çıxarmaq 2015-ci ilə qədər çəkib.
Alimlər bildirir ki, delfinlər və balinalar kimi, hava ilə nəfəs alan bu heyvanların da suda hərəkət etmələrinə imkan verən uyğun bədən quruluşu, dərinlikdə yaxşı görmə üçün böyük gözləri, konusvari dişlərlə dolu çənələri və uzunsov kəllələrə sahib olub.
Sübhan Şərif