Alyaskaya göydən plastik yağıb

 10:58 31.12.2021     214

Tədqiqatçılar 2019-2021-ci illər arasında ABŞ-ın Alyaska əyalətinin cənub-şərqində yağışlar zamanı toplanan nümunələrin hamısında mikroplastik hissəciklər olduğunu müəyyən ediblər.

Redaktor.az “İndependant Türkiye”yə istinadən xəbər verir ki, ştatın paytaxtı Cyunodakı Cənub-şərqi Alyaska Universitetinin geoloqu Sonia Naqorski bu il, dekabrın 13-də Nyu Orleanda Amerika Geofizika Birliyinin iclası zamanı öz tapıntılarını təqdim edib.

O, qeyd edib ki, plastik çirklənmə ilə bağlı nümunələr toplamaq üçün tələbələrini paytaxtın müxtəlif yerlərinə göndərib və onlardan nümunə toplamalarını istəyib.

Nəticədə, çaylardan, göllərdən və çimərliklərdən əldə edilən nümunələrin hamısında mikroplastiklər aşkar edildiyini bildirib.

Naqorski çox sadə üsullardan istifadə etmələrinə baxmayaraq, bu qədər çox plastik tapılmasının təəccüblü olduğunu söyləyib.

Sübhan Şərif