Alimlər bit mayesində tarixi insan DNT-sini tapıblar

 13:00 31.12.2021     476

Elm adamları bitlərin yumurtalarını saça yapışdırmaq üçün istehsal etdiyi yapışqan maddələrində insan DNT-si kəşf edib.

Redaktor.az “İndependent”ə istinadən xəbər verir ki, Böyük Britaniya, Danimarka və Argentinadan olan tədqiqatçılar Cənubi Amerikadan tapılmış mumiya qalıqlarını tədqiq edib, iki mumiyadan insana məxsus nüvə DNT-sini, həm də mitoxondrial bit DNT-sini çıxarıblar.

Təhlillər göstərib ki, mumiyalanmış insanlar 2000 il və ya daha çox əvvəl Amazon hövzəsinin şimal-qərbindən Argentinanın mərkəzi və qərbindəki And dağlarına köçmüş əhalinin üzvləridir.

Kopenhagen Universitetindən olan tədqiqat müəlliflərindən biri Mikkel Pedersen bu barədə deyib: “Qədim genetik matreallar sayəsində Avropa və Şərqi Asiya haqqında çox şey bilirik, lakin Amerika haqqında hələ də çox şey məlum deyil. Bu, keçmişdə baş verənlər, orada kimlərin yaşadığı və bunlar baradə olan boşluğu doldura biləcəyimiz üçün lazımi genetik məlumatları əldə edib-etməməyimiz baxımından görmək istədiyimiz yerlərdən biri idi.”

Elm adamları bitlərin yapışqan məhlulundan bir dişlə eyni miqdarda insan DNT-si almağın, hətta kəllə sümüyündən alınandan iki dəfə çox DNT əldə etməyin mümkün olduğunu vurğulayıb.

Sübhan Şərif