İtlər 200 sözü başa düşür

 03:34 01.01.2022     146

İtlər insan dilində 89 söz və ya söz birləşməsini anlayıb, reaksiya verir.

Təlim alan itər isə 200-ə qədər sözü başa düşür.

Redaktor.az  xəbər verir ki, alimlər itlər üzərində MakArtur Beytsin lüğət ehtiyatı metodikasını sınayıblar. Bu metod körpələr üçün hazırlanıb.

Testdə müxtəlif cinslərdən 165 it iştirak edib.

Tədqiqatda itlərə sahibləri tərəfindən 176 söz deyilib və onların reaksiyası qiymətləndirilib.

İtlərin 90%-i bu sözləri başa düşür: otur, gözlə, dayan, fu, mənə, yox, hə, yaxşı, afərin, qızım, oğlum və s.

10% it qonşusunun, sahibinin, ailə üzvlərinin və öz adlarını başa düşür, səsləyəndə reaksiya verir.