Marsa göndərilməyə könüllülər axtarılır

 22:27 05.01.2022     796

Uzun illərdir ki, insanlar kosmosa uçuşlar və missiyalar həyata keçirilməsə də, İlon Mask, Ceff Bezos və Richard Branson tərəfindən başladılan kosmos turizmi yarışı bəşəriyyətin müxtəlif planetlərə ayaq basması qarşısındakı maneələri aradan qaldırır.

Redaktor.az xəbər verir ki, Mars məşhur italyan astronomu Qalileo tərəfindən kəşf edildiyi gündən bəşəriyyətin ən çox maraqlandığı planetlərdən biri olsa da, bəşəriyyət ABŞ astronavtı Nil Armstronqun Aya ayaq basmasından dərhal sonra yeni hədəfi olan Marsa dikildi. SpaceX-in CEO-su İlon Maskın 2050-ci ilə qədər Marsda 1 milyon nəfərlik koloniya yaratmaq məqsədi kosmos yarışını yenidən gündəmə gətirsə də, Mars hazırkı vəziyyətində insan həyatı üçün uyğun bir planet deyil. Dünyanın müxtəlif yerlərində müxtəlif şirkətlər fərqli layihələrlə Mars planetində yaradılacağı düşünülən yaşayış sahələrini dizayn etməyə çalışırlar.

NASA ilə ortaq çalışan ICON adlı tikinti şirkəti tərəfindən 3D printerlə vasitəsilə inşa edilən yaşayış sahəsi, idman zalları, istirahət otaqları və bir çox başqa xüsusiyyətləri ilə 5 ulduzlu bir oteli xatırladır. Johnson Kosmik Mərkəzində Mars Dune Alpha kimi tanınan 158 kvadrat metrlik yaşayış sahəsinin tikintisi davam edir. Tikinti işləri tamamlandıqdan sonra bu yaşayış yerində Marsın şərtləri nəzərə alınaraq bir sıra sınaqlar keçiriləcək və baş verə biləcək risklərin minimuma endirilməsinə çalışılacaq. Sınaqlar müvəffəqiyyətlə tamamlanarsa, Yerdən göndəriləcək avadanlıqlarla eyni mühit Marsda da qurulacaq.

Yaradılan mühitin insan həyatı üçün nə dərəcədə uyğun olduğunu müəyyən etmək üçün sınaqlarda iştirak etmək üçün könüllülər axtaran NASA-nın verdiyi elana 30-55 yaş arası Amerika vətəndaşları müraciət edə bilər. Elm, mühəndislik və ya riyaziyyat üzrə magistr dərəcəsi və ya pilotluq təcrübəsi olanlara üstünlük veriləcək. Seçilmiş 4 nəfər Texasda 1 il Mars Dune Alpha adlı ərazidə yaşayacaq. Test başa çatdıqdan sonra komanda üzvləri də pul alacaqlar. Marsa bənzər bir mühitdə 4 nəfərlik üç ayrı qrup təyin ediləcək. Birinci qrupun 2022-ci ilin payızında işə başlaması planlaşdırılır.