Qazilərimiz “Polad Ələmdar”la bir arada - FOTO

 21:17 10.01.2022     261

Azərbaycanın Vətən Müharibəsi qazilərindən ibarət qrup “Kurtlar Vadisi” serialında "Polad Ələmdar" obrazı ilə məşhurlaşan Necati Şaşmazla görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdən fotoları aktyor N.Şaşmaz sosial şəbəkə hesabında paylaşıb.

Bildirilib ki, MHP Millət vəkili Olcay Kılavuzla azərbaycanlı qazilər Necati Şaşmazı ziyarət ediblər.

Qeyd edək ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərlik etdiyi Azərbaycanın Vətən Müharibəsi qazilərindən ibarət qrupun Türkiyəyə səfəri davam edir.

22