Roma dövrünə aid taxta heykəlcik tapıldı

 16:02 13.01.2022     173

Arxeoloqlar dəmir yolu layihəsində iş zamanı taxtadan hazırlanmış Roma dövründən heykəlcik tapıblar.

Redaktor.az "Independent"ə istinadən xəbər verir ki, təxminən 2000 il yaşında olduğu güman edilən sənət əsəri İngiltərədə Bukingemşir kontluğunda, suyla doluş quyudan tapılıb.

Tədqiqatçılar bildirib ki, taxta əşyaların bu qədər uzun müddət keçməsinə baxmayaraq, yaxşı vəziyyətdə qalması çox qeyri-adi haldır.  

Qeyd edək ki, tarixi əsərin ətrafındakı gil təbəqədə oksigen azlığının olması çürümənin qarşısını almaqda böyük rol oynayıb.

Arxeoloq İyen Uiliamson bildirib ki, Roma dövrünə aid belə taxta fiqurun sağlam qalması, nəinki, son dərəcə nadir haldır, eyni zamanda, bu istiqamətdə yeni suallar ortaya çıxarır.

Onu da bildirək ki, tarixi tapıntının uzunluğu 67 sm, eni isə 18 sm-dır. 

Elm adamlarının sözlərinə görə, bu kəşf o dövrdə başqa hansı növ taxta, bitki və ya heyvanlar istifadə etməklə sənətkarlıq nümunələrinin yaradıla biləcəyi haqqında yeni təsəvvürlər qazanmağa kömək edəcək.

Sübhan Şərif

22