Astronomlar kosmik boşluğun xəritəsini hazırladı

 17:31 13.01.2022     174

Astronomlar Yer kürəsini əhatə edən kosmik boşluğun xəritəsini hazırlayıblar.

Redaktor.az "Live Science"ə istinadən xəbər verir ki, Yer kürəsi 1000 işıqili genişliyində olan bu boşluğun mərkəzində yerləşir. Lakin planetimizin bu mövqeyi müvəqqəti xarakter daşıyır və Günəşlə birlikdə planetimiz 8 milyon il sonra bu boşluğu tərk edəcək.

Qeyd edək ki, alimlər 14 milyon ildir heç bir ulduzun yaranmadığı boşluğun 15 ulduz partlaması ilə formalaşdığını bildirir, çünki ulduzların formalaşmasında önəmli element olan hidrogen partlayışlarla kənarlara doğru çəkilib. Araşdırmalara görə, partlayışların şok dalğası hələ də yaranmış boşluğu genişləndirməyə davam edir.

Sübhan Şərif