Marsda üzvi maddələrin mənşəyi müəyyən edildi

 12:43 14.01.2022     706

Dörd milyard illik “Allan Hills 84001” meteoritinin ətraflı təhlili göstərib ki, onun tərkibindəki üzvi birləşmələr su və qaya arasında geokimyəvi qarşılıqlı təsirlər nəticəsində əmələ gəlib. Tədqiqatın müəllifləri hesab edirlər ki, eyni reaksiyalar Yer kürəsində həyatın ilk struktur bloklarının yaranmasına səbəb olub.

Redaktor.az xəbər verir ki bu barədə Science jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd edək ki, “Allan Hills (ALH) 84001” meteoriti 1984-cü ildə Antarktidada kəşf edilib və Marsın Yerə çatmış ən qədim fraqmenti olduğuna inanılır. Üstəlik, bu, tədqiqat üçün mövcud olan ən qədim daş material nümunəsidir, çünki bu yaşda yerüstü süxurlar qorunub saxlanmayıb.

Onun tərkibində üzvi birləşmələrin molekullarının olması onu deməyə əsas verir ki, mənşəyi hələ də sirr qalan Qırmızı Planetin qədim səthində üzvi molekullar var imiş. Onların təsir, maqmatik və ya hidrotermal proseslər, qədim Mars orqanizmlərinin bioloji istehsalı və hətta Yerdən çirklənmə nəticəsində əmələ gəlməsi ilə bağlı fərziyyələr mövcuddur.

 

İLTİFAT